SON XƏBƏRLƏR

Kəşfiyyat naziri təhdid etdi - Ağır cəzalandırılacaqlar

2025.07.17, 10:01
Kəşfiyyat naziri təhdid etdi - Ağır cəzalandırılacaqlar

İsrailə casusluqda ittiham olunan məhkumlardan bəziləri edam edilib və bu ittihamla saxlanılan başqa şəxslər də yaxın vaxtlarda ağır şəkildə cəzalandırılacaqlar.

Gunaz.tv

Bunu İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib deyib.

O, "İsrail casusları"nın işlərinin araşdırılmasının sürətləndirildiyini və tezliklə hökm çıxarılacağını bildirib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra 1500-dən çox şəxs həbs edilib və onların bir qismi "İsrailə casusluq"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar