SON XƏBƏRLƏR

Xamenei müharibədən sonrakı ilk çıxışında Amerika və İsraili daha sərt zərbələrlə hədələyib

2025.07.17, 12:52
Xamenei müharibədən sonrakı ilk çıxışında Amerika və İsraili daha sərt zərbələrlə hədələyib

Əli Xamenei çərşənbə günü 24 iyun atəşkəsdən sonra ilk ictimai çıxışında İranın İsrail və Amerikaya keçən ayki münaqişə zamanı olduğundan daha güclü zərbə vura biləcəyini deyib.

Gunaz.tv

Tehranda ədliyyə rəsmiləri qarşısında çıxış edən Xamenei iddia edib ki, Amerikanın Qətərdəki bazasına dəymiş ziyanın miqyası mediaya qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bəlli olacaq.

“İranın hədəf aldığı mərkəz Amerikanın son dərəcə həssas obyekti idi. Xəbərlərə qadağa aradan qaldırıldıqdan sonra nə qədər ağır zərbə vurulduğu bəlli olacaq. Amerika və digərlərinə bundan daha böyük zərbə də vurula bilər.” - deyə Xamenei bildirib.

Qeyd edək ki, Prezident Tramp keçən ay İranın Qətərdəki Amerikanın Əl-Udeid aviabazasına raket zərbələrini qiymətləndirərkən zərbələri "çox zəif" adlandırmışdı.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar