SON XƏBƏRLƏR

Danimarka İran, Çin və Rusiyadan olan xarici tədqiqatçıların ölkəyə girişinə casusluqla bağlı məhdudiyyətlər qoyub

2025.07.18, 11:18
Danimarka İran, Çin və Rusiyadan olan xarici tədqiqatçıların ölkəyə girişinə casusluqla bağlı məhdudiyyətlər qoyub

Danimarka universitetləri artan casusluq təhdidlərinə görə, xüsusilə Rusiya, İran və Çindən olan xarici tədqiqatçıların ölkəyə girişini məhdudlaşdırır. Orhus Universiteti bu il indiyədək 24 ərizəçini rədd edib.

Gunaz.tv

Elmi casusluqla bağlı narahatlıqlar artdıqca Danimarka universitetləri artan sayda xarici tədqiqatçıları rədd edir. Ölkənin təhlükəsizlik orqanları təhdid səviyyəsini “yüksək” olaraq xarakterizə edib.

Skandinaviya ölkəsindəki universitetlər həssas elmi araşdırmaların xarici hökumətlərin əlinə keçə biləcəyindən ehtiyat edərək, İran, Rusiya və Çindən olan tədqiqatçıların müraciətlərinə xüsusi həssaslıqla yanaşıblar.

Danimarkanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Orhus Universitetində bu il ən azı 24 əcnəbi tədqiqatçını qəbul etməkdən imtina edib. 

Universitetin mühəndislik fakültəsinin dekanı Brayan Vinterin sözlərinə görə, imtinanın əsas səbəbi onların həssas məlumatlara potensial çıxış imkanları və bu məlumatları “üçüncü tərəfə” ötürmək riskləri olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar