SON XƏBƏRLƏR

Suriya qoşunların yenidən Əs-Süveydada yerləşdirilməsi barədə məlumatları təkzib edib

2025.07.18, 14:58
Suriya qoşunların yenidən Əs-Süveydada yerləşdirilməsi barədə məlumatları təkzib edib

Suriyanın Daxili İşlər Nazirliyi (DİN) hökumət qoşunlarının yenidən Əs-Süveyda şəhərində yerləşdirilməsinə hazırlığın görülməsi barədə məlumatları təkzib edib.

Gunaz.tv

Bunu Suriya DİN-in mətbuat katibi Nurəddin Əl-Baba deyib.

"Bununla bağlı rəsmi bəyanat verilməyib. Dərc edilmiş məlumatların həqiqiliyini qəti şəkildə inkar edirik", - mətbuat katibi bildirib.

DİN nümayəndəsi əlavə edib ki, hökumət qüvvələri normal hazırlıq vəziyyətindədir və hələlik Əs-Süveydaya qoşun göndərilməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar