SON XƏBƏRLƏR

KİV: Amerika Almaniyadan Ukraynaya öz "Patriot" sistemlərini verməsini tələb edib

2025.07.19, 11:01
KİV: Amerika Almaniyadan Ukraynaya öz "Patriot" sistemlərini verməsini tələb edib

Amerika Prezidenti Donald Tramp Almaniyadan "Patriot" komplekslərini birbaşa öz ehtiyatlarından Ukraynaya verməyi tələb edib.

Gunaz.tv

Bu barədə Almaniyanın "Bild" qəzeti hökumət dairələrinə istinadən yazıb.

İlkin razılaşmaya görə, Amerika Ukraynaya iki "Patriot" sistemi verməli idi, Almaniya isə Amerikanın ehtiyatlarının bərpasını maliyyələşdirəcəkdi. Lakin indi Tramp bu sistemləri Amerika ordusunun ehtiyatlarından ayırmaq istəmir.

Nəticədə, Almaniya həm öz sistemlərini verməli, həm də Amerikadan yenilərini alaraq ehtiyatlarını yenidən doldurmalı olacaq.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar