Katz bu fikirləri Amerikaya səfəri zamanı səsləndirib.
"Biz birlikdə İranın nüvə proqramını məhv etdik. Bəli, biz İranın nüvə proqramını məhv etdik. Bunu hamı üçün açıq şəkildə deyə bilərəm. Bu, çox aydındır. Biz nüvə elementlərini və nüvə proqramı ilə bağlı digər mərkəzləri hədəfə aldıq və məhv etdik. Biz, həmçinin İranın raket istehsal imkanlarını da məhv etdik. İndi isə bizim ortaq məqsədimiz bu nailiyyətləri qorumaqdır: İranın nüvə proqramını yenidən qurmasının və raketlərin kütləvi istehsalının qarşısını almaqdır." - deyə o bildirib.
Xatırladaq ki, İsrail İran ərazisində 12 günlük müharibə ərzində bir neçə yüksək rütbəli İran hərbi məmurunu və nüvə proqramı üzrə alimini öldürüb, raket və nüvə proqramları ilə bağlı obyektlərə hücum edib. Amerika isə yerin altında yerləşənFordo obyekti də daxil olmaqla İranın üç nüvə obyektini hədəfə alıb.
C