SON XƏBƏRLƏR

Təbrizli millət vəkili Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib

2025.07.19, 11:41
Təbrizli millət vəkili Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib

İran parlamentindəki Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin nümayəndəsi Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi və inkişaf sahələrində fəaliyyətini tənqid edərək, ölkədəki kritik vəziyyətdən çıxmaq üçün “idarəetmədə əsaslı dəyişikliklər”ə çağırıb.

Gunaz.tv

Əlirza Novin Pezeşkian hökumətinin işə başlayandan bəri iqtisadi artım, evlilik kreditləri və mənzil kimi göstəricilərdə nəzərəçarpacaq nailiyyətlər əldə etmədiyini vurğulayıb.

Təbrizli millət vəkili daha sonra Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib və deyib: Oman dənizindən suyun İsfahana nəqli layihəsi görünməmiş bir sürətlə həyata keçirildiyi halda, Araz çayından suyun Təbrizə nəqli onilliklər ərzində həll olunmamış qalır və Ərdəbil-Miyanə Təbriz-Bazərgan dəmir yolu, və Təbriz-Bazərgan yolunun ikinci mərhələsi kimi mühüm layihələr yarımçıq qalıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar