SON XƏBƏRLƏR

İran və "Avropa üçlüyü" arasında danışıqların yeri və vaxtı məlum olub

2025.07.20, 21:11
İran və "Avropa üçlüyü" arasında danışıqların yeri və vaxtı məlum olub

İran və Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa "üçlüyü" arasında danışıqlar iyulun 27-də Cenevrədə keçiriləcək.

Gunaz.tv

Bu barədə "Sky News Arabia" telekanalı mənbələrə istinadən xəbər verib.

"İranın "Avropa üçlüyü" ilə danışıqları 27 iyulda Cenevrədə keçiriləcək", - mənbələr bildiriblər.

Daha əvvəl "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib ki, Amerika, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son müddət kimi 2025-ci ilin avqustun sonunu müəyyən etməyə razılaşıblar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar