SON XƏBƏRLƏR

İran hərbçiləri 4 bəluçu güllələdi

2025.07.21, 12:29
İran hərbçiləri 4 bəluçu güllələdi

İran hərbçiləri Sistan və Bəlucistan əyalətinin Rask və Xaş şəhərlərində etnik bəluçlara açdığı atəş nəticəsində iki mülki şəxs həlak olub, 2 nəfər isə yaralanıb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hadisə adı çəkilən şəhərlərin yoxlama postlarında baş verib və hərbçilər əvvəlcədən xəbərdarlıq etmədən şəxsi avtomobillərər atəş açıblar.

Ölən və yaralananlardan ikisinin pərakəndə yanacaq alverçisi olduğu bildirilib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar