SON XƏBƏRLƏR

Təbrizdə Qaşqay türklərinin mədəniyyəti və ayinlərinə həsr olunmuş “Qalıcı Kimlik” Foto Sərgisi keçiriləcək

2025.07.23, 12:17
Təbrizdə Qaşqay türklərinin mədəniyyəti və ayinlərinə həsr olunmuş “Qalıcı Kimlik” Foto Sərgisi keçiriləcək

Avqustun 3-dən 7-dək Təbriz Mədəniyyət Evində Həmidrza Rustanın əsərlərindən ibarət Qaşqay türklərinin mədəniyyəti və ritualına həsr olunan “Qalıcı Kimlik” foto sərgisi keçiriləcək.

Gunaz.tv

Bu sərgidə Həmidreza Rustanın Qaşqay türklərinin geyimi, ayinləri, rəqsləri və gündəlik həyatının aspektlərini əks etdirən sənədli fotoqrafiya əsərləri yer alacaq.

Bu sərginin açılışı avqustun 3-ü saat 17:00-da baş tutacaq və həvəskarlar avqustun 6-dək hər gün saat 17:00-dan 20:00-dək bu sərgini ziyarət edə bilərlər. Sərginin keçirilmə yeri İmam Təbriz küçəsində, Mir Əli Təbriz Qalereyasının birinci mərtəbəsində yerləşən Mədəniyyət Evidir.

Xatırladaq ki, Qaşqay türkləri beş milyondan çox əhalisi olan İranın güney bölgəsindəki ən böyük etnik qruplardan biridir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar