SON XƏBƏRLƏR

Tramp: Amerika və Aİ ticarətlə bağlı ciddi danışıqlar aparır

2025.07.24, 10:23
Tramp: Amerika və Aİ ticarətlə bağlı ciddi danışıqlar aparır

Amerika və Avropa İttifaqı ticarət sazişi ilə bağlı ciddi müzakirələr aparır.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp Vaşinqtonda süni intellektin inkişafına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton və Pekin ticarət danışıqlarının son mərhələsindədir.

“Biz ciddi danışıqlar apardığımız Avropa İttifaqına sövdələşmə təklif etmişik və əgər onlar razı olsalar, o zaman biz daha aşağı tarifləri ödəməyə icazə verəcəyik. Dünən biz Filippin və İndoneziya ilə də müqavilə bağladıq, hər iki halda öz ölkələrini Amerika biznesinə açacaqlar. Və biz Çinlə razılaşmanı yekunlaşdırmaq mərhələsindəyik", - Ağ Ev rəhbəri davam edib.

Tramp həmçinin qeyd edib ki, bəzi ölkələr 15 ilə 50 faiz arasında birbaşa tariflərlə üzləşəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar