SON XƏBƏRLƏR

Suriya rəsmi olaraq Türkiyədən hərbi dəstək istəyir

2025.07.24, 12:18
Suriya rəsmi olaraq Türkiyədən hərbi dəstək istəyir

Suriyanın yeni hökumətinin rəsmi olaraq Ankaradan hərbi dəstək istəyib.

Gunaz.tv

Suriyanın güneyində artan gərginlik və İsrailin Dəməşqə geniş hücumları fonunda gələn bu tələb Ankara ilə Dəməşq arasındakı yaxın münasibətlərin göstəricisidir.

Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, bu rəsmi əməkdaşlığın məqsədi Suriya hökumətinin müdafiə qabiliyyətini gücləndirmək və terror qruplaşmaları, o cümlədən İŞİD-ə qarşı mübarizə aparmaqdır. Nazirlik mənbələri aydınlaşdırıb ki, bu tələbə uyğun olaraq Türkiyə Suriya qüvvələrinə təlim, hərbi məsləhət və texniki dəstək verilməsini gündəmə gətirib.

Digər tərəfdən, Suriya YPG qüvvələrinin vəziyyəti ilə bağlı jurnalistlərin suallarına cavab olaraq nazirlik bildirib: “Suriya Demokratik Qüvvələri kimi terror təşkilatları Suriya hökuməti ilə razılaşmalara əməl etdiklərini əməldə nümayiş etdirməlidirlər”. Bu bəyanatların Suriya hökuməti ilə demokratik qüvvələr arasında martın 10-da imzalanan razılaşmadan sonra verildiyi və Türkiyənin bu razılaşmanın icrasını yaxından izlədiyi bildirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar