SON XƏBƏRLƏR

Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib

2025.07.24, 13:24
Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib

İyulun 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib.

Gunaz.tv

Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən Zakir Həsənov Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar