SON XƏBƏRLƏR

Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

2025.07.25, 10:29
Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.

Gunaz.tv

Günaz TV Report-a sitinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni məlumat verib.

“Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə zəmanət verən iki dövlət prinsipini dəstəkləyir”, - Karni “X”də yazıb.

O, qeyd edib ki, Ottava bu məqsədə nail olmaq üçün bütün təşkilatlarda, o cümlədən BMT-nin bu məsələyə həsr olunmuş konfransında xarici işlər nazirlərinin görüşündə fəal çalışacaq.

Baş nazir əlavə edib ki, Kanada İsrail hökumətinin Qəzza zolağında humanitar vəziyyətin sürətlə pisləşməsinin qarşısını ala bilməməsini pisləyir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar