SON XƏBƏRLƏR

KİV: Tramp avropalı liderlərlə Ukraynada müharibənin dayandırılmasını müzakirə edəcək

2025.07.26, 10:52
KİV: Tramp avropalı liderlərlə Ukraynada müharibənin dayandırılmasını müzakirə edəcək

“Amerika prezidenti Donald Tramp Ukraynada müharibəni bitirməyin yollarını avropalı liderlərlə müzakirə edəcək”.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə yazı “The Guardian“ qəzetində dərc olunub.

Məqalədə bildirilib ki, Ağ Ev rəhbərinin Şotlandiyaya səfəri zamanı Böyük Britaniyanın baş naziri Keir Starmer və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə keçirərəcəyi görüşlərin əsas mövzusu Ukraynada müharibənin dayandırılması olacaq.

Eyni zamanda, Avrokomissiyanın rəhbəri Amerika prezidenti ilə görüşün 27 iyul tarixində nəzərdə tutulduğunu açıqlayıb.

Yazı müəllifi yekunda xatırladıb ki, bir qədər əvvəl Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirdiyi barədə açıqlama verib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar