SON XƏBƏRLƏR

Pezeşkian xaricdəki iranlılarla bağlı təklif verdi - Qorxmasınlar

2025.07.26, 11:46
Pezeşkian xaricdəki iranlılarla bağlı təklif verdi - Qorxmasınlar

İran Prezidenti Məsud Pezeşkian xaricdə yaşayan iranlıların ölkəyə qayıtması üçün şərayit yaradılmasını istəyib.

Gunaz.tv

O, bu hökumət üzvləri ilə görüşündə deyib.

"Xaricdə yaşayan bir çoxları İrana qayıtmaq isəyir, ancaq onlar qorxurlar. Bu qorxunu aradan aparmaq və onların ölkəyə qayıtmasına şərayit yaratmaq üçün işlər görülməlidir",- o bildirib.

İran Prezidenti Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (Ettelaat) və başqa qurumlardan bununla bağlı işlər görməyi istəyib.

Qeyd edək ki, bir müddət əvvəl yayılan xəbərlərə görə, İran Xarici İşlər və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyində (Ettelaat) xaricdə yaşayan iranlı müxaliflərlə bağlı olan bölmələr yenidən fəallaşdırılıb.

İki nazirliyin tabeliyində olan bölmələr müxtəlif ölkələrdə yaşayan müxaliflərə İran pasportlarının və ölkəyə get-gəllərinin bərpası istiqamətində yardım etmək üçün müvafiq ölkələrdəki səfirlik və konsulluqlara göstərişlər verilib.

Bununla yanaşı xaricdə hökumətə bağlı şirkət və iş adamlarının da iranlılarla əlqələrin qurlması, onların cəlb edilməsi üçün tapışırıqlar  verildiyi iddia olunub.

Xüsusən qonşu ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında yaşayan bəzi iranlı mühacirlərlə əlaqə saxlanıldığı, onların İrana get-gəllərinin bərpası üçün təkliflər verildiyi də bildirilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar