SON XƏBƏRLƏR

Amerika ilə Aİ arasında ticarət sazişi imzalanıb

2025.07.28, 09:49
Amerika ilə Aİ arasında ticarət sazişi imzalanıb

Amerika prezidenti Donald Tramp dünən Şotlandiyada Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə görüşüb.

Gunaz.tv

Qolf klubunda baş tutan görüş çərçivəsində tərəflər ticarət sazişi imzalayıblar.

Tramp mətbuat konfransında Amerikayə Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq edilən rüsumun ən azı 15% olacağını bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin Amerikadan 150 milyard dollar dəyərində hərbi texnika və enerji resursları alacaq Amerika iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyulacaq.

Avropa Komissiyasının sədri tərəflərin yaxşı razılaşma əldə etdiyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar