SON XƏBƏRLƏR

Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

2025.07.28, 22:48
Putin və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Gunaz.tv

Putin Netanyahu ilə telefon danışığı zamanı Moskvanın bütün regional münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarı olması ilə bağlı mövqeyini təsdiqləyib.

Rusiya lideri, həmçinin Suriyanın birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının, əhalinin bütün etnik və dini qruplarının qanuni hüquq və mənafelərinin təmin edilməsinin vacibliyini vurğulayıb.

İran-İsrail qarşıdurmasının kəskinləşməsi fonunda Putin İranın nüvə proqramı ətrafında diplomatik həll yollarının axtarışına yardım etməyə hazır olduğunu bildirib.

Tərəflər beynəlxalq və ikitərəfli gündəlikdəki aktual məsələlər üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar