SON XƏBƏRLƏR

Starmer bu həftə Fələstini tanımaq planını təqdim edəcək

2025.07.29, 11:23
Starmer bu həftə Fələstini tanımaq planını təqdim edəcək

Böyük Britaniyanın baş naziri Kir Starmer bu həftə Fələstin dövlətinin tanınması planını təqdim edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Məlumatda hökumət başçısının bu addımı Starmerin rəhbərlik etdiyi hakim İşçi Partiyasının artan təzyiqi ilə izah edilir.

Məqalədə bildirilir ki, kabinetin 7 üzvü baş nazirə Fələstin dövlətini tanıması üçün təzyiq göstərir və bununla da İşçi Partiyasının seçki proqramında yer alan vədi yerinə yetirir.

“The Times” qeyd edir ki, hakim partiyanın 130-a yaxın müdafiəçisi, İcmalar Palatasındakı fraksiyaların demək olar ki, üçdə biri Fələstini tanımaqda israrlıdır.

Qəzet baş nazirin bu planı yaxın günlərdə müttəfiqlərə, o cümlədən Amerika  və ərəb dövlətlərinə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, iyulun 28-də Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds “Sky News“ telekanalın müsahibəsi zamanı Londonun Fələstin dövlətini 2029-cu ilə qədər, yəni hazırkı parlamentin səlahiyyət müddəti bitmədən tanıyacağını deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar