SON XƏBƏRLƏR

Ocanlı sürücülər etiraz aksiyası keçirdilər

2025.07.29, 13:00
Ocanlı sürücülər etiraz aksiyası keçirdilər

Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərinin yük maşını sürücüləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə yerli işçi hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, sürücülər bölgədə fəaliyyət göstərən "Fulad Əmin" və "Fulad Kave" şirkətlərinin yüklərin paylanılmasında inhisarçılığna etiraz ediblər.

Onların dediyinə görə, adı çəkilən şirkətlər özlərinə yaxın olan sürücüləri işə cəlb etməklə ayrı-seçkilik edirlər.

Narazı sürücülər böyük vəsait və borc, kredit hesabına yük maşınları aldıqlarını, indi isə onlara yük verilmədiyinə görə borclarını ödəyə bilmədiklərini bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar