SON XƏBƏRLƏR

İranda son ayın edam statistikası açıqlandı

2025.07.30, 12:06
İranda son ayın edam statistikası açıqlandı

İyul yının əvvəlindən bu günə kimi İran həbsxanalarında 130-a yaxın məhbusun edam hökmü yerinə yetirilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilənlərin çoxu narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılanlarla yanaşı siyasi baxışlarına görə cəzalandırılanlar da var.

Bununlada cari ildə kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 702-ə keçib, onlardan 17-i qadındır.

Edam hökmlərinin icrasının artması ilə eyni vaxtda Birləşmiş Millətlər Təşkilatı İranda edamların sayının kəskin artması ilə bağlı dərin narahatlığını ifadə edib və ölkədə ölüm hökmünün tətbiqinin dərhal dayandırılmasına çağırıb. 

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar