SON XƏBƏRLƏR

İranda polis iki bəluca atəş açdı - Ölən və yaralanan var

2025.07.30, 14:36
İranda polis iki bəluca atəş açdı - Ölən və yaralanan var

Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda polis qüvvələri yoxlama məntəqəsində minik avtomobilinə atəş açıblar.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində 19 yaşlı gənc həlak olub, 22 yaşlı gənc isə ağır yaralanıb.

Yaralının polis nəzarəti altında xəstəxanaya köçürüldüyü bildirilib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluç həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar