SON XƏBƏRLƏR

Amerika ilə Cənubi Koreya arasında 450 milyard dollarlıq razılaşma əldə olunub

2025.07.31, 10:01
Amerika ilə Cənubi Koreya arasında 450 milyard dollarlıq razılaşma əldə olunub

Amerika prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Cənubi Koreya ilə iri həcmli ticarət razılaşmasına nail olub.

Gunaz.tv

müqavilənin şərtlərinə əsasən Cənubi Koreya Trampın seçdiyi investisiya layihələri üçün Amerikaya 350 milyard dollar vəsait ayıracaq.

Bundan əlavə, Seul 100 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) və digər enerji məhsulları alacaq.

Məlumata görə, Cənubi Koreyanın Amerikaya sərmayələr yatıracaq. Nəzərdə tutulan investisiya həcmi iki həftə ərzində, Cənubi Koreya prezidenti Li Ce Mönun Vaşinqtona səfəri zamanı elan ediləcək. 

Razılaşmaya əsasən, Cənubi Koreya öz bazarını Amerika məhsullarına açacaq və 15 faizlik idxal rüsumu tətbiq edəcək. Amerika isə qarşılıq olaraq heç bir tarif ödəməyəcək.

Tramp bu razılaşmanın Amerika iqtisadiyyatı üçün böyük üstünlüklər yaradacağını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar