SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisinin xəbərdarlığı: Təbrizdə cəmi 75 günlük su qalıb

2025.08.01, 12:44
Şərqi Azərbaycan valisinin xəbərdarlığı: Təbrizdə cəmi 75 günlük su qalıb

Şərqi Azərbaycan valisi Bəhram Sərməst Təbrizdə ağır su böhranı ilə bağlı xəbərdarlıq edib və elan edib ki, mövcud vəziyyət davam edərsə, Təbrizdə cəmi 75 günlük su qalıb.

Gunaz.tv

O, su ehtiyatlarının azalmasına toxunaraq dedi: Təbrizin içməli suyunun təxminən 55 faizi Zərrineh Rud (Cığəti Çayı) xətti ilə təmin olunur, Bukan (Bəykəndi) bəndinin su ehtiyatı isə üçdə birinə qədər azalıb və bu, şəhəri ciddi böhranla üz-üzə qoyub.

Azərbaycanda su böhranı daha da güclənir, belə ki, su nəqli layihələri, o cümlədən Araz çayının suyunun ötürülməsi layihəsi illərdir həyata keçirilmir. Buna baxmayaraq ölkənin farslar yaşayan mərkəzi əyalətlərinə, o cümlədən İsfahana isə Oman dənizində su borusu çəkilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar