SON XƏBƏRLƏR

Trampın nümayəndəsi: Əhməd əl-Şaranı dəstəkləmək İranla qarşıdurmanın açarıdır

2025.08.02, 12:27
Trampın nümayəndəsi: Əhməd əl-Şaranı dəstəkləmək İranla qarşıdurmanın açarıdır

Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib ki, Amerikanın Suriyanın yeni prezidenti Əhməd əl-Şaraya dəstəyi İranın ölkədəki təsirini azaltmaq və İŞİD-in yenidən təşkilinin qarşısını almaq üçün vacibdir.

Gunaz.tv

“Amerikanın məqsədləri, Əhməd əl-Şaraın məqsədləri və bütün müttəfiqlərimizin məqsədləri hazırda üst-üstə düşür, lakin buna müdaxilə etmək istəyən çoxlu nüfuzlu qruplar var. İran isə bizim hamımız üçün daha ciddi və çətin məsələdir.” - deyə Tom Barak bildirib.

Onun sözlərinə görə, İnqilab Keşikçiləri və İŞİD-in nəzarətində olan qrupların vəziyyəti pozmaq məqsədi daşıyan bir çox ortaq hədəfləri var.

Amerika və müttəfiqləri Əhməd əl-Şaranı dəstəkləməyi təkcə İran və İŞİD-ə qarşı çıxmaq üçün deyil, həm də Suriyanın 13 illik vətəndaş müharibəsindən sonra sabitləşməsi və yenidən qurulması üçün bir vasitə kimi görürlər.

Xatırladq ki, Amerika prezidenti Donald Tramp Türkiyə və Səudiyyə Ərəbistanı liderlərinin vasitəçiliyi ilə may ayında Səudiyyə Ərəbistanında Əhməd əl-Şara ilə görüşüb. Donald Tramp, həmçinin ekstremistləri hökumətdən uzaqlaşdırmaq və xarici qüvvələri ölkədən çıxarmaq da daxil olmaqla, bir sıra öhdəliklər müqabilində Suriyaya qarşı sanksiyaları ləğv etdiyini açıqlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar