SON XƏBƏRLƏR

Pentaqon "Patriot" batalyonlarının sayını artırmağı planlaşdırır

2025.08.05, 10:37
Pentaqon "Patriot" batalyonlarının sayını artırmağı planlaşdırır

Amerika ordusu “Patriot” hava hücumundan müdafiə raket sistemləri ilə təchiz olunmuş batalyonların sayını 15-dən 18-ə çatdırmaq, həmçinin Quamda ayrıca batalyon yaratmaq niyyətindədir.

Gunaz.tv

Bu barədə "Defence News" Amerika Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusi olaraq Quam adasının mühafizəsi üçün nəzərdə tutulmuş yeni bölmə IBCS döyüş idarəetmə sistemi ilə inteqrasiya olunmuş təkmilləşdirilmiş LTAMDS radarları, həmçinin IFPC yaxın hava hücumundan müdafiə sistemləri ilə silahlanacaq.

Ordunun Baş Qərargah rəisinin müavini general Ceyms Minqus bölmələrin daha çevik və mərkəzləşdirilməmiş istifadəsi sayəsində Amerika hava hücumundan müdafiə vasitələrinin döyüş imkanlarını əsaslı olaraq ikiqat artıracağını deyib.

Qeyd edilir ki, “Patriot” hava hücumundan müdafiə raket sistemləri Amerikanın qlobal raketdən müdafiə sisteminin əsas elementi olaraq qalır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar