SON XƏBƏRLƏR

Vilayəti yenədə hədələdi - İran Cənubi Qafqazda...

2025.08.05, 11:13
Vilayəti yenədə hədələdi - İran Cənubi Qafqazda...

İranın özünün və regionun maraqlarına biganə olmadığını və Cənubi Qafqazda qeyri-qanuni məqsədlərə nail olmaq cəhdinin İranın qətiyyətli cavabı ilə qarşılanacağını bir daha bəyan edir.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

“Xatırlatmaq istərdim ki, region və ya regiondan kənar hər hansı hökumət və güc əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəsə İranın sərt cavabı ilə üzləşəcək”,- o bildirib.

İran mediası, o cümlədən SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi Vilayətinin bəyanatını "Zəngəzurla bağlı sərt xəbərdarlıq" başlığı ilə yayımlayıb.

Qeyd edək ki,  Vilayəti bundan əvvəl də, Zəngəzur dəhlizinin "İrana qarşı qərbin və NATO-nun planı olduğu" barədə iddialar səsləndirib.

Xüsusən Əli Əkbər Vilayətinin ölkənin ümumi siyasəti və strategiyası ilə bağlı bəyanatları, İran rəhbərinin mövqeyini əks etdirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar