SON XƏBƏRLƏR

İranın keçmiş kəşfiyyat nazirin oğluna cinayət işi açıldı

2025.08.05, 15:00
İranın keçmiş kəşfiyyat nazirin oğluna cinayət işi açıldı

Tehran məhkəməsi İranın keçmiş kəşfiyyat və təhlükəsizlik naziri Əli Yunisinin oğlu Həsən Yunisiyə qarşı "İsrailə dəstək" ittihamına görə cinayət işi açıb.

Gunaz.tv

Bu haqda H.Yunisi özünün sosial media hesabında məlumat yayıb.

"Mən kiber məkandakı paylaşımlarıma görə, həm də "yalan məlumatlar yaymaq və hökumət əleyhinə təbliğat aparmaq"da günahlandırılmışam",- o bildirib.

Qeyd edək ki, Əli Yunisi Məhəmməd Xatəminin prezidentliyi dövründə nazir olub.

O, bir neçə dəfə İran hakimiyyətinə xəbərdarlıq edərək, "Mossad-ın İslam Respublikasının qatlarına da sızdığını" deyib:

"Rəsmilərin hamısı öz həyatlarının riskdə olmasına görə nigəran olmalıdırlar".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar