SON XƏBƏRLƏR

İnqilab Məhkəməsi ərəb fəalları cəzalandırdı

2025.08.08, 10:56
İnqilab Məhkəməsi ərəb fəalları cəzalandırdı

Xuzistan əyalətinin Dezful şəhərinin İnqilab Məhkəməsi 4 ərəb fəalı "İsrailə dəstək" ittihamına görə məhkum edib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Milad Dərvişpur "sosial mediada İsraili təbliğ etdiyi üçün" 3 il azadlıqdan məhrum edilib.

Başqa qərarla isə Şahin Şirinzəban Azər, Məhəmməd Tac Mirzadə və Seyyid Hüseyn Heydəri Çaharmahal adlı sosial media fəallarının hər biri 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeinin dediyinə görə, 12 günlük İran-İsrail qarşıdurmasından sonra ölkədə 2000-dən çox insan "İsrailə dəstək və casusluq" ittihamına görə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar