SON XƏBƏRLƏR

Məsud Pezeşkian qurumaq üzrə olan Urmu gölünə baş çəkib 

2025.08.09, 10:23
Məsud Pezeşkian qurumaq üzrə olan Urmu gölünə baş çəkib 

Ötən İran Prezidenti Məsud Pezeşkian tamamilə qurumaqda olan Urmu gölünə gəlib. 

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

O, suyun səviyyəsi, bərpa layihələrinin gedişi və gölün xilas edilməsi üçün görülən işlərlə tanış olub.

Avqustun 1-nə olan son statistik məlumatlara əsasən, gölün səviyyəsi 1269,74, sahəsi 581 kvadrat kilometr, suyunun həcmi isə 500 milyon kubmetrə qədər azalıb.

Xatırladaq ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian seçki qabağı təbliğat və təşviqat kampaniyasında seçiləcəyi təqdirdə əsas hədəflərindən birinin Urmu gölünün qısa müddətdə bərpası olduğunu bildirmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar