SON XƏBƏRLƏR

Səid Minai "Kaveh Soda" fabrikinin Urmu gölünü çirkləndirməsinə etiraz etdiyi üçün onu həbs cəzası gözləyir

2025.08.09, 13:19
Səid Minai "Kaveh Soda" fabrikinin Urmu gölünü çirkləndirməsinə etiraz etdiyi üçün onu həbs cəzası gözləyir

Güney azərbaycanlı ətraf mühit və insan haqları müdafiəçisi Səid Minai Marağadakı "Kave Soda" fabrikinin sənaye çirkab sularını Urmu gölünə axıdılmasını ifşa etdikdən sonra fabrik tərəfindən məhkəməyə verildiyini və 5 il müddətinə azadlıqdan məhrum edilə biləcəyini açıqlayıb.

Gunaz.tv

Bu barədə Səid Minai özünün sosial media hesabında yazıb.

"Marağa şəhərindəki Kaveh Soda fabriki təmizləyici qurğu inşa etmədən su ehtiyacını irbaşa Ələvi bəndinin suyundan ödəyir və sənaye çirkab sularını boru kəməri ilə Urmu gölünə yönəldir." - o bildirib.

Minaei bildirib ki, etirazlarını dərc etdikdən sonra "Kaveh Soda" fabriki onu yalan məlumat yaydığına görə məhkəməyə verib.

Onun məhkəmə işinin avqustun 13-də keçiriləcəyi gözlənilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar