SON XƏBƏRLƏR

Amerika və Cənubi Koreya arasında avqustun 25-də Vaşinqtonda sammit keçiriləcək

2025.08.12, 11:44
Amerika və Cənubi Koreya arasında avqustun 25-də Vaşinqtonda sammit keçiriləcək

Amerika prezidenti Donald Tramp və Cənubi Koreya prezidenti Li Çje Menin iştirakı ilə avqustun 25-də Vaşinqtonda iki ölkə arasında sammit keçiriləcək.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, tərəflər təhlükəsizlik məsələlərini, eləcə də yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Prezidentin mətbuat katibi Kan Yu Çjon bildirib ki, Li Çje Menin Amerikaya səfəri avqustun 24-dən 26-dək baş tutacaq. Bu, onun iyunun əvvəlində vəzifəyə gəldikdən sonra Amerikaya ilk səfəri olacaq.

Görüşdə liderlərin avqustun əvvəlində imzalanmış ticarət sazişi çərçivəsində strateji müttəfiqliyin inkişafına, həmçinin yarımkeçiricilər, akkumulyatorlar və gəmiqayırma sahələrində sənaye əməkdaşlığına toxunacağı gözlənilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar