SON XƏBƏRLƏR

Təbrizdə iş qəzası- Ölən və yaralanan var

2025.08.16, 14:46
Təbrizdə iş qəzası- Ölən və yaralanan var

Bu gün səhər saatlarında Təbrizin Vəliəsr küçəsində iş qəzası nəticəsində 1 işçi həlak olub, biri isə yaralanıb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, hadisə qaldırıcı vasitəsinin kabellərinin qırılması nəticəsində baş verib.

Belə ki, qaldırıcının kabelinin qırılmasından sonra çox mərtəbəli binanın üz hissəsini təmizləyən iki nəfər hündürlükdən yıxılıb.

Qeyd edək ki, İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına və işçilərin ölüm sayına görə, dünya ölkələri arasında ən aşağı pillələrdən birində, 102-ci yerdədir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar