SON XƏBƏRLƏR

Uiteker: Ukrayna Avropa ölkələri üçün böyük hərbi texnika tədarükçüsünə çevriləcək

2025.08.18, 11:01
Uiteker: Ukrayna Avropa ölkələri üçün böyük hərbi texnika tədarükçüsünə çevriləcək

Amerika artan müdafiə xərcləri fonunda Ukraynanın Avropa ölkələri üçün böyük hərbi texnika təchizatçısına çevriləcəyini düşünür.

Gunaz.tv

Bunu Amerikanın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Fox News" telekanalına müsahibəsində bildirib.

“Onlar (Ukrayna – red.), şübhəsiz ki, Avropaya hərbi texnika üzrə əsas təchizatçılardan birinə çevriləcəklər, çünki Avropa ölkələri artıq hər kəsin razılaşdığı 5 %-i (ÜDM-in 5 %-i – red.) xərcləməyə başlayacaqlar”, – deyə Uiteker qeyd edib.

Onun sözlərinə görə, artıq indidən Ukraynanın gələcək iqtisadiyyatı haqqında düşünmək lazımdır. O bildirib ki, müdafiə sənayesindən əlavə, Ukraynanın kənd təsərrüfatı sektoru, limanları və infrastrukturunu da bərpa etməsi lazım olacaq ki, bu da, əsasən, Avropadan "çoxlu maliyyə vəsaiti" tələb edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar