SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma - 6 nəfər həlak oldu

2025.08.18, 11:23
İranda silahlı qarşıdurma - 6 nəfər həlak oldu

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Sistan və Bəlucistan əyalətində əməliyyat keçirib.

Gunaz.tv

Bu haqda İranın dövlər mediası məlumat yayıb.

Məlumata görə, əyalətin Nimruz rayonunun Lühxana Edimi şəhərciyində keçirilən əməliyyat nəticəsində 6 etnik bəluc öldürülüb.

SEPAH-a yaxın media öldürülənlərin terrorçu olduğunu və təxribata hazırlaşdıqlarını iddia edib.

Bəluç Fəallarının Kampaniyası öldürülən silahl şəxslərin "Ənsar əl-Fyrqan" silahlı qruplaşmasının üzvləri olduğunu bildirib.

Onların kimliyi haqqında hələlik açıqlama verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar