SON XƏBƏRLƏR

İran və Ermənistan arasında 10 anlaşma memorandumu imzalanacaq

2025.08.19, 12:07
İran və Ermənistan arasında 10 anlaşma memorandumu imzalanacaq

İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Gunaz.tv

Qeyd edək ki, M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər.

Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.

Bundan başqa, yayılan xəbərlərə görə, Məsud Pezeşkian bu gün Belarusa rəsmi səfər edəcək. Səfər zamanı Məsud Pezeşkian ilə Aleksandr Lukaşenko arasında danışıqlar aparılacağı və bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar