SON XƏBƏRLƏR

İran rejimi 1980-cı illərdə edam edilənlərin məzarlarını avtomobil dayanacağına çevirib

2025.08.20, 13:39
İran rejimi 1980-cı illərdə edam edilənlərin məzarlarını avtomobil dayanacağına çevirib

Tehran Bələdiyyəsi 1980-cı illərdə edam edilmiş siyasi məhbusların Beheşt Zəhra qəbiristanlığında yerləşən məzarlarını avtomobil dayanacağına çevirdiyini açıqlayıb.

Gunaz.tv

Bununla bağlı Tehran meri Əlirza Zakaninin müavini Davud Gudərzi açıqlama verib.

“41-ci bölmə olduğu kimi qaldı və 42-ci bölmə üçün dayanacaq lazım idi, buna görə də səlahiyyətlilərdən icazə aldıq və onu dayanacağa çevirdik.” - deyə o bildirib.

Xatırladaq ki, Beheşt Zəhranın 41-ci bölməsi İran İslam Respublikası rejiminin əleyhdarları və tənqidçiləri üçün ən məşhur dəfn yerlərindən biridir, burada son onilliklərdə edam edilmiş bir çox siyasi məhbus dəfn olunub.

Bir sıra edam edilmiş şəxslərin ailələri sosial şəbəkələrdə yazılar dərc edərək Beheşt Zəhranın 41-ci bölnəsinin məhv edildiyini elan edərək, bunu İslam Respublikasının öz cinayətlərinin izlərini silmək səyi adlandırıblar.

Son illərdə İslam Respublikasının 1980-ci illərdə edam edilənlərin məzarlarını dağıtmaq səyləri ilə bağlı müxtəlif hesabatlar dərc olunub ki, bu da qurbanların qalıqlarının tədricən silinməsi ilə bağlı narahatlığı artırıb.

Son onilliklərdə həlak olanların ailələri dəfələrlə İslam Respublikasının hakimiyyət orqanlarını yaxınlarının edam edilməsinə görə cavabdeh olmağa, vəsiyyətlərini təhvil verməyə və onların dəfn yerlərini dəqiq müəyyənləşdirməyə çağırıblar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar