SON XƏBƏRLƏR

İranda 2 gündə 23 nəfər asıldı

2025.08.20, 14:56
İranda 2 gündə 23 nəfər asıldı

Son iki gün ərzində Şiraz, Rəşt, Kirman, Bəndər Abbas, İranşəhr və Ərak şəhərlərinin həbsxabalarında 23 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Şirazın Adilabad həbsxanasında adam öldürmək ittihamına görə edam edilən məhbus Məhsa Əkbəri adlı qadındır və onun həyat yoldaşı Səccad Molayi Həkkayi də 1 gün əvvəl Laristan şəhərində ictimaiyyətin gözü qarşısında dar ağacından asılmışdı.

Bununlada son 26 gün ərzində İran həbsxanalarında edam edilənlərin sayı 153-ə çatıb.

Cari ilin əvvəlindən bu günə kimi kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı isə 800-ü keçib, onlardan 21-i qadındır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar