SON XƏBƏRLƏR

Rəisini İsrail öldürdü- Məhəmməd Sədr

2025.08.25, 11:16
Rəisini İsrail öldürdü- Məhəmməd Sədr

İsrail keçmiş prezident İbrahim Rəsini hədəf almaqla İrana praktiki mesaj verdi.

Gunaz.tv

Bunu İranın Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Məhəmməd Sədr deyib.

"İbrahim Rəisinin həlak olması xəbəri yayılandan dərhal sonra bunun İsrailin işi olduğunu bildirdim",- o əlavə edib.

"Sinerji" internet kanalına müsahibə verən Məhəmməd Sədr, çıxışının davamında iddiası ilə bağlı faktın olmadığını bildirib.

Bir müddət bundan əvvəl isə İran parlamentinin üzvü Kamran Qəzənfəri də oxşar iddia ilə çıxış edib.

Qeyd edək ki, İranın keçmiş Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

İran hökuməti rəsmi açıqlamasında qəzanın əlverişsiz hava şəraiti ilə əlaqədar baş verdiyi bildirlib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar