SON XƏBƏRLƏR

AEBA müfəttişlərinin birinci qrupu İrana qayıdıb

2025.08.27, 09:29
AEBA müfəttişlərinin birinci qrupu İrana qayıdıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin birinci qrupu İrana qayıdıb və işə başlamağa hazırlaşır.

Gunaz.tv

Bu barədə çərşənbə axşamı beynəlxalq agentliyin rəhbəri Rafael Qrossi "Fox News" telekanalının efirində bildirib.

"Biz onlarla müzakirələr aparırıq. İndi AEBA müfəttişlərinin birinci qrupu İrana qayıdıb və biz yoxlamaları bərpa etməyə hazırlaşırıq", - o deyib.

Qrossi əlavə edib ki, hazırda AEBA-nın İslam Respublikasında fəaliyyətini bərpa etmək üçün hansı əməli tədbirlərin həyata keçirilməsinə dair müzakirələr aparılır.

Xatırladaq ki, İran, Fransa, Almaniya, Böyük Britaniya və Aİ nümayəndələri avqustun 26-da Cenevrədə İranın nüvə problemini müzakirə etmək üçün görüş keçiriblər. 

Danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılıb. Danışıqlarda əsas diqqət Avropanın “tətik” mexanizmini işə salmaq təhlükəsi, eləcə də Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan 2015-ci il nüvə sazişini təsdiq edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin uzadılması ilə bağlı bəzi məsələlər olub.

“Axios”un jurnalisti Barak David “X”dəki hesabında görüşün nəzərəçarpacaq irəliləyiş olmadan keçirildiyini yazıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar