SON XƏBƏRLƏR

SEPAH üzvü etnik bəlucu güllələdi

2025.08.27, 10:03
SEPAH üzvü etnik bəlucu güllələdi

Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda Yasin Təlatəf adlı SEPAH üzvü Xəlil Vətənxan adlı mülki şəxsi güllələyərək öldürüb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, hadisə Sərbaz rayonunun Nəsirabad kəndində SEPAH-ın hazırda fəaliyyəti dayandırılmış yerli qərargahının binası qarşısında baş verib. 

SEPAH üzvü Yasin Təlatəfin bundan əvvəl də vətəndaşlara qarşı amansız davrandığı, ancaq barəsində edilən şikayətlərə baxmayaraq saxlanılmadığı qeyd edilib.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar