SON XƏBƏRLƏR

Yüz minlərlə təbrizli əlverişsiz ərazilərində yaşayır

2025.08.27, 10:16
Yüz minlərlə təbrizli əlverişsiz ərazilərində yaşayır

Təbriz şəhərinin 3300 hektar ərazisi əlverişsiz yaşayış yerləri hesab olunur və bu, Şərqi Azərbaycan əyalətinin əlverişsiz şəhər ərazilərinin 53%-i təşkil edir.

Gunaz.tv

Bunu Şərqi Azərbaycanın Yol və Şəhərsalma İdarəsinin baş direktoru Babək Nəcəfian deyib.

O, həmin ərazilərdə salınan sıx yaşayış yerlərində ümumilikdə 700 min nəfərin yaşadığını bildirib.

Nəcəfian, Təbrizin əlverişsiz və qeyri-standard ərazilərində ümumilikdə 210 min yaşayış evinin olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Şərqi Azərbaycanın Mənzil Tikinti İdarəsinin başçısının yollar və şəhərsalma üzrə müavini Mehdi Əshəqinejad əyalətdə 9364 hektara yaxın köhnəlmiş və qeyri-standart yaşayış yerlərinin olduğunu, bu tikililərdə 1 milyon 510 minə yaxın insanın yaşadığını deyib.

2019-cu ilin rəsmi statistikasına görə, Şərqi Azərbaycan əyalətinin əhalisi 4 milyon 640 nəfərdir və bunun 1 milyon 799 min 93 nəfəri Təbrizdə yaşayır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar