SON XƏBƏRLƏR

Sistan və Bəlucistanın 3 şəhərində silahlı qarşıdurma - Ölənlər var

2025.08.27, 12:26
Sistan və Bəlucistanın 3 şəhərində silahlı qarşıdurma - Ölənlər var

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan, İranşəhr və Xaş rayonlarında silahlı qarşıdurma başlayıb.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampanyası məlumat yayıb.

Məlumata görə, hər 3 bölgəyə çox sayda SEPAH üzvü, hərbçi, təhlükəsizlik və polis əməkdaşları cəlb olunub.

Hökumət məmurlarının mühasirəyə aldıqları silahlı şəxsləriə qarşı ağır silahlardan və PUA-lardan istifadə etdiyi, hadisə yerində güclü partlayış səslərinin eşidildiyi qeyd olunub.

SEPAH-ın "Qüds" qüvvələri yaydığı bəyanatda adı çəkilən bölgələrdə anti-terror əməliyyatlarına başlanıldığını bildirib.

Bəyanatda 13 silahlının öldürüldüyü, bir neçəsinin isə ələ keçirildiyi deyilir. Qarşıdurm davam edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar