SON XƏBƏRLƏR

Səid Minai Marağa Məhkəməsinə çağırılıb

2025.08.27, 12:45
Səid Minai Marağa Məhkəməsinə çağırılıb

Azərbaycan Milli Hərəkatının fəalı Səid Minai Marağa Cinayət Məhkəməsinin 105-ci şöbəsinə çağırılıb.

Gunaz.tv

Səid Minainin aldığı bildirişə görə, o, kompüter və ya telekommunikasiya sistemləri vasitəsilə ictimai şüuru və ya rəsmi orqanları narahat etmək məqsədi ilə yalan yaymaqda ittiham olunur.

Qeyd edək ki, Səid Minai Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənən başqa bir iş üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Səid Minai məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.

"Mənim günahım nədir, ölkənin ekologiyasının dağıdılmasına etiraz edirəm. Millətin haqqının tapdalanmasına qarşı durmaq xəyanətdirmi?! Bu gün məhkəmə və təhlükəsizlik aparatının zülmünə nifrətim hər zamankindən daha güclüdür. Amma zülm əbədi davam etmir. Bu vəziyyətin yaranmasında rolu olan bütün məmurlar, etirazçılara iş hazırlayan şəxslər və qurumlar tezliklə ədalət qarşısında öz əməllərinə görə cavab verəcəklər." - deyə o yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar