SON XƏBƏRLƏR

İranda 3 gündə 21 məhbus edam edildi

2025.08.27, 13:19
İranda 3 gündə 21 məhbus edam edildi

İsfahan, Məşhəd, Dezful, Neyşabur, Bircənd, Kərəc, Təbriz və Nəhavənd şəhərlərinin həbsxanalarında 21 məhbus edam edilib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Təbriz şəhərinin həbsxanasında edam edilən 24 yaşlı Məlihə Həqqi 6 il əvvəl xala oğlusu olan nişanlısını öldürdüyünə görə dar ağacından asılıb.

Bununlada cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 829-ə çatıb, onlardan 22-i qadındır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar