Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Agentlik qeyd edib ki, bu ikinci dərəcəli sanksiyalar Rusiyanın məhdudiyyətləri aradan qaldırmaq tədbirlərinə qarşı yönələ bilər və Aİ-nin sanksiyalardan yan keçmək cəhdində şübhələndiyi üçüncü ölkələrə müəyyən mal və texnologiyaların tədarükünə qoyulan qadağalardan ibarət ola bilər.
Vurğulanıb ki, 19-cu məhdudiyyətlər paketi Brüsselin ukraynalı uşaqları oğurlamaqda ittiham etdiyi şəxslərin qara siyahısına daxil edilməsini nəzərdə tutur. Bundan əlavə, Rusiyanın neft, qaz və bank sektorlarına qarşı yeni tədbirlər gözlənir.
C