SON XƏBƏRLƏR

İranşəhrdə SEPAH zabiti həlak olub

2025.08.28, 12:19
İranşəhrdə SEPAH zabiti həlak olub

Avqustun 27-də Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində silahlı qarşıdurma zamanı SEPAH zabiti Cavad Abdullahi həlak olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, o, silahlı şəxslərə qarşı keçirilən əməliyyat zamanı güllələnib.

Qeyd edək ki, ötən gün Səravan, Xaş və İranşəhr bölgələrində silahlı şəxslərin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində "Ceyş əl-Ədl" silahlı qruplaşmasının 13 üzvü öldürülüb, bir neçəsi həbs edilib.

"Ceyş əl-Ədl" yaydığı bəyanatda üzvlərinin öldürüldüyünü təsdiq etsə də, həbs edilənlərlə bağlı iddianı təkzib edib.

Qruplaşma bildirib ki, hökumət məmurları yaralı slahlıların başından atəş açaraq onları qətlə yetirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar