SON XƏBƏRLƏR

Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib

2025.08.28, 14:15
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib

Rusiyanın Kiyevə zərbələri sadəcə Avropanın birliyini və Ukraynanın müqavimətini gücləndirəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın Kiyevə endirdiyi zərbələrlə bağlı mətbuat konfransında deyib.

"Kiyevdə kişi, qadın və uşaqların ölümünə səbəb olan raket və dron hücumu məni qəzəbləndirib. Bu hücum Avropa İttifaqının Kiyevdəki nümayəndəliyinə də ziyan verib. Mən orada fəaliyyət göstərən cəsur əməkdaşlarımızla həmrəyliyimi ifadə edirəm. Rusiyanın Kiyevə hücumları sadəcə Avropanın birliyini və Ukraynanın müqavimətini möhkəmləndirəcək”, - Ursula von der Leyen bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar