SON XƏBƏRLƏR

Avropa Ukraynada bufer zona yaradılması məsələsini müzakirə edir

2025.08.29, 12:10
Avropa Ukraynada bufer zona yaradılması məsələsini müzakirə edir

Avropa rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində bufer zona yaradılması məsələsini müzakirə edirlər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri beş avropalı diplomata istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, söhbət Rusiya və Ukrayna cəbhələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir və bu, mümkün sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir.

Mənbələrin bildirdiyinə görə, bu təklif Avropa rəsmilərinin Ukraynada atəşkəs və ya müharibədən sonrakı tənzimləmə ssenariləri çərçivəsində müzakirə etdiyi bir neçə variantdan biridir. Amerikanın bufer zonanın yaradılması ilə bağlı müzakirələrdə iştirak etmədiyi vurğulanıb.

Sözügedən zonanın sərhədinə nəzarət etməli olan hərbi qüvvələrin sayı da hələlik dəqiqləşməyib. Məlumata görə, bu say 4 min ilə 60 min arasında dəyişə bilər və onun əsas hissəsini Fransa və Britaniya hərbçiləri təşkil edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar