SON XƏBƏRLƏR

Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir

2025.08.29, 14:43
Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ali səviyyədə istənilən görüş yaxşı hazırlanmalıdır ki, əvvəlcə ekspert səviyyəsində həyata keçirilməli olan işləri yekunlaşdırmaq mümkün olsun", - D.Peskov bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar